Sabah, oktyabrın 28-də Bakı Zooloji parkında 17-ci “Himayə guşəsi” sərgisi təşkil oluncaq. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Sərgi saat 10:00-dan 14:00-dək İDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə keçiriləcək.
Qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə əsl dost qazana bilərlər.
Ev heyvanına sahiblənmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməli, qısa müsahibədən keçməli və öhdəlik imzalamalıdırlar. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər. Heyvanları himayəyə götürmək pulsuzdur.