Azərbaycan Tibb Universitetinin tibb elmləri namizədi, dosent Şölə İsmayılova 90 yaşında dünyasını dəyişib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Azxəbər-ə istinadən məlumat verir.
1933-cü ildə Qazaxda anadan olmuş İsmayılova 1957-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Bakı şəhəri Doğum evinə həkim vəzifəsinə götürülüb.
1981-ci ildən ömrünün sonuna kimi universitetdə Mamalıq-ginekologiya kafedrasında dosent vəzifəsində, həmçinin doğum evində çalışıb.
Şölə İsmayılova 1961-ci ildə “Ali dərəcəli həkim”, 2008-ci ildə isə “Respublikanın Əməkdar həkimi” kimi fəxri adlara layiq görülüb. Onlarla elmi məqalənin, səmərələşdirici təklifin müəllifir. Bir sıra dövlət və hökumət mükafatları var.