Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

34 yaşlı Sənubər Rzayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.