Nərimanov rayonunda avtomobil gənc oğlanı vurub. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə rayonun Təbriz küçəsində baş verib. 22 yaşlı Elnur Əhmədov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.