Bakının Nizami rayonunda yerləşən beşmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 82 kv.m olan 4 otaqlı mənzilin mətbəxində paltaryuyan maşın yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.