Bakıdakı polis şöbəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib. Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyevə isə Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsi həvalə edilib.

Bununla bağlı Vilayət Eyvazov əmr imzalayıb.