Suraxanı rayonunda silsilə oğurluqlar qeydə alınıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov rayonun Yeni Ramana, Bülbülə və Əmircan qəsəbələri ərazisində 2 mağazadan ümumilikdə 350 AZN pul, 1700 manat dəyərində tütün məmulatı, eləcə də 1 mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.