Hazırda mərhumun cənazəsi Göy məsciddən dəfn olunmaq üçün Keşləyə aparılır.

O, günorta saat 14:00-da torpağa tapşırılacaq.

10:00 – Tanınmış idman diktoru ürəktutmadan ölüb

İdman diktoru Ramiz Qafarov ürək tutmasından vəfat edib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Qafarov Dərnəgül qəsəbəsində keçirilən kişi voleybolu üzrə Çelenc Kuboku turnirinin “Xarı Bülbül Şuşa” – “Spartak” (Slovakiya) oyununda diktorluq etdiyi zaman onun halı pisləşib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.