Xətai rayonunda yerləşən gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

41 yaşlı Zamin Tanrıverdiyev aralarında yaranmış mübahisə nəticəsində keçmiş arvadı, 36 yaşlı Pərvanə Tanrıvediyevanı bıçaqlayaraq öldürüb.

Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.