Bakının Nərimanov rayonunda kişi intihara cəhd edib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
61 yaşlı Ələkbər Nəbiyev yaşadığı evdə qarnına bıçaqla xəsarət yetirərək intihara cəhd edib. Məlumata əsasən, Nəbiyev psixi xəstəlikdən əziyyət çəkir.
Faktla bağlı araşdırmalar davam edir.