Bakının Nəsimi rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in qaynar xəttinə bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra bir nəfərin meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.