Bakının Nəsimi rayonunda təmizlik-abadlıq işləri keçirilib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Ənənəvi iməcilik çərçivəsində parklarda, küçə və prospektlərdə abadlıq işləri görülüb, rayon ərazisində yerləşən işıq dirəkləri, reklam lövhələri, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib. Əlavə olaraq, ticarət obyektlərinin vitrinləri, abad həyətlərdə və parklarda təmizlik işləri aparılıb.

Genişmiqyaslı tədbirdə sakinlər, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Nəsimi rayonunda növbəti genişmiqyaslı iməcilik təşkil olunub
Foto Nəsimi rayon İcra Hakimiyyəti