Bakıda Kəlağayı festivalı keçiriləcək. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az “City Life Events”ə istinadən xəbər verir.

Tədbirdə istedadlı sənətkarların məhsulları təqdim olunacaq. Həm də tanınmış simalar və blogerlərlə canlı ünsiyyət mümkün olacaq.

Bundan əlavə, maraqlı fotoşəkillər çəkdirmək üçün xüsusi fotozonalar, canlı musiqi və rəqslər, ləziz yeməklər və içkilər veriləcək. Tədbirdə master-klaslar, dulusçuluq (gildən qablar hazırlanması), rəsm (çantaların və tabloların üzərində) çəkmək, eləcə də ipək üzərində kəlağayı naxışlarının vurulması, fiqur boyanması, dekorlar, florarium və qurama təklif olunacaq.

Hazırladığınız əl işlərini özünüzlə apara bilərsiniz. Master-klasda bəyəndiyiniz sənəti daha dərindən öyrənmək istəsəniz, həmin sənət üzrə və yaxud bir çox digər incəsənət növləri üzrə kurslara yazıla biləcəksiniz.

Festival 18 noyabr tarixində saat 12:00-20:30 arası “Passage 1901”də baş tutacaq. Ünvan: Nigar Rəfibəyli küçəsi, 12/14. Giriş sərbəstdir.