Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 59 yaşlı Sahil Sadıqov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.