Bakının Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində piyada səkisində təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Sözügedən küçədə səkinin asfaltdan ibarət olan hissəsi qazılır, ərazi düzləşdirilir. Daha sonra səkiyə yeni tamet daşlarının düzülməsi nəzərdə tutulub.
Təmir-bərpa işləri səbəbindən hərəkət qismən məhdudlaşdırılıb.
