Paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən alkoqollu və alkoqolsuz içkilərin satışı ilə məşğul olan obyekt cəzalandırılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinə istinadən məlumat verir.

Yoxlama zamanı obyektdə müxtəlif pozuntular qeydə alınıb. Mağazanın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 ml olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Bakıda içki mağazasında yoxlama aparılıb: obyekt cərimələnib
Foto AQTA