Bakının Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində silah aşkar olunub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilib, istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi tapılıb. Silah mütəxəssislər tərəfindən ərazidən götürülüb.

Əlavə axtarış zamanı sahədə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.