Bakıda gənc oğlanı bıçaqlayan şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 17 yaşlı Polad Salmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə cari ilin aprel ayında baş vermişdi. Binəqədi şosesində yerləşən “White Palace” şadlıq evində Polad 18 yaşlı Xəyal Hüseynovu bıçaqlayaraq qaçmışdı.