Paytaxtın Suraxanı rayonunda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumova hökm oxunub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın qərarı ilə hər iki yeniyetmə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il oktyabrın 9-da Hövsan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 28 yaşlı Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 16 yaşları olan Aleksandr Serebrennikov və Elman Mənsumov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, yeniyetmələr qabaqcadan əlbir olublar və tamah niyyəti ilə Ələskərovu öldürüblər.