Bakıda fəaliyyət göstərən yaradıcılıq və özünüinkişaf “Nine Senses” mərkəzi tərəfindən “Anima” animasiya studiyası açılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az mərkəzin mətbuat xidmətinə istinadən məlumat verib.
Yeni layihə müxtəlif növ animasiya, kompüter incəsənəti, “digital art” və müasir sənət istiqamətləri ilə məşğul olacaq.
Mərkəzdə animasiya ilə yanaşı, eksperimental fotoqraf İlkin Zəfərlinin rəhbərliyi ilə bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyası da fəaliyyətə başlayıb.
Açılış mərasimində qonaqlar ustad dərslərində iştirak edib, İlkin Zəfərlinin animasiyalı miniatürlər fərdi sərgisi ilə tanış olublar.
