Dövlət Yol Polisinin yeni avtomobillər aldığı bildirilir. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Bildirilir ki, “Volvo S90” markalı minik avtomobili artıq xidməti nəqliyyat vasitəsi statusu alıb.
“Volvo” dünyada ən təhlükəsiz avtomobillərdən hesab edilir. Müasir avtomobillərdə tətbiq olunan 3-lü kəmər sistemi də “Volvo” şirkəti tərəfindən kəşf edilib və sonradan təhlükəsizlik naminə bütün avtomobil şirkətlərinə pulsuz olaraq patent verilib.
Hazırda polis əməkdaşları “BMW”, “Mercedes”, “Hyundai” və “Kia” markalı avtomobillərdən istifadə edirlər.