Nərimanov rayonu, Təbriz vlə Ağa Nemətulla küçələrinin kəsişməsində hərəkətin idarə edilməsində dəyişiklik olunub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.

Monitorinq zamanı müəyyən olunub ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman svetoforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır.

Bu səbəbdən işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib, piyadaların keçməsi üçün ayrı vaxt nəzərdə tutulub. Kəsişmədə edilən dəyişiklikdən sonra bu yolda sıxlığın qarşısı qismən alınıb.