Paytaxtın Nərimanov rayonunda küçələrin birində hərəkət qaydaları dəyişilib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Dəyişiklik Sabit Rəhman küçəsi və Xan Şuşinski küçələrinin kəsişməsində edilib. Belə ki, Xan Şuşinski və Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti və Sabit Rəhman küçəsinin kəsişməsinə qədər ikitərəfli yolda birtərəfli hərəkət təşkil edilib.
Xan Şuşinski küçəsindən Maqsud Əlizadə küçəsi ilə Azadlıq prospekti istiqamətinə “giriş qadağandır” nişanı vurulub.
