Suraxanı rayonunda sentyabrin 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin 40 mərasimləri keçirilib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Oktyabrın 25-də Rüfət Ağayevin, oktyabrın 28-də Savalan Qafarovun, oktyabrın 30-da isə Elxan Nəcəfinin 40 mərasimləri keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri və qazilər tərəfindən şəhidlərin məzarları ziyarət olunub.
