Bakının Xətai rayonunda yaşayan sakinlərdən biri aşkar etdiyi silah-sursatı polisə könüllü təhvil verib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan “Makarov” markalı tapança, 3 daraq, 108 müxtəlif çaplı patron, həmçinin 2 əl qumbarası və 5 alışqan (zapal) aşkar edərək götürüblər.

Polisə vaxtında məlumat verdiyinə görə sakinə minnətdarlıq bildirilib, ona qarşı heç bir cəza təhdidi görülməyib.