Paytaxtın Yasamal rayonunda kişidə ov tüfəngi aşkar olunub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Vüsal Qasımovdan qanunsuz saxladığı nömrəsi silinmiş “Vinchester” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.