Bakı Zooloji Parkında yeni layihə baş tutacaq. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az parka istinadən xəbər verir.

“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Canlı aləmə qayğı göstərək” adlı layihə baş tutacaq. Məqsəd Azərbaycan və dünyanın unikal flora və fauna nümunələri ilə tanışlıq, təbiətə və canlı aləmə sevgi və qayğı hisslərinin aşılanması, biomüxtəlifliyin qorunması sahəsində məlumat verilməsi, məktəblilərin dünyagörüşünün artırılması və onlarda təbiətin gözəlliyi, mükəmməlliyi haqqında aydın təsəvvür yaratmaqdır.

Tədbir 2 noyabr saat 11:00-da baş tutacaq.