Binəqədi rayonunda qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Belə ki, ərazidə müvafiq icazəverici sənədlər olmadan qanunsuz inşaat işlərinin aparıldığı məlum olub.
Ünvana cəlb olunan FHN-in əməkdaşları yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə tikintinin qarşısını alıblar.