Metroda gediş haqqı tariflərini təsdiqləyən qurum dəyişib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Bakı Metropoliteni”nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, metroda gediş haqqını təsdiqləmək səlahiyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.
Prezidentin imzaladığı Sərəncama əsasən, qurum qərarı İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla təsdiq etməlidir.