Bakının Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində ağacların qanunsuz kəsimi aşkarlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayevin verdiyi məlumata görə, sözügedən ərazidə “Gold Star City” şirkəti tərəfindən hasara alınmış torpaq sahəsində tikinti aparılması məqsədilə 7 ağac kəsilib və təbiətə 25.080 manat məbləğində ziyan dəyib.
Dəymiş ziyanın məbləği yüksək olduğundan faktla bağlı cinayət işi açılıb. Toplanan sənədlər məhkəməyə göndərilib.