Nəsimi rayonunda kişi qonşusunu yumruqla öldürüb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Ağadadaş Qurbanov küçəsi, 21 ünvanında baş verib. 54 yaşlı Sayruz Səttərov sözügedən ünvanda kirayə yaşayan 64 yaşlı Marina Çabanova və qızı, 36 yaşlı Nərminə Vəliyevanın sifətinə yumruqla vurub. Huşunu itirən ana oyandıqdan sonra qızını ölü vəziyyətdə aşkar edib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.