Bakıda sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən çıxarılıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Ramana qəsəbəsi – 8-ci kilometr marşrutu ilə hərəkət edən 214 nömrəli avtobusun sürücü vəzifəsindən azad olunub. Buna səbəb onun nəqliyyat vasitəsini qapısı açıq sürməsi və hərəkət zamanı sərnişinin avtobusdan sallanmasına icazə verməsidir.
Sürücü haqda məlumatı marşrut xəttinin tabe olduğu şirkət verib.