YARAT İncəsənət məktəbi yeni mövsüm üçün müraciətlərin qəbuluna başlayıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az incəsənət mərkəzinə istinadən xəbər verir.

Tədris dövründə müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltaraşlıq, kollaj, animasiya və s. kimi müasir incəsənət sahələri üzrə biliklər əldə olunacaq. Bundan əlavə, muzeylərə, qalereyalara və incəsənət məkanlarına ziyarətlər təşkil olunacaq.

Əldə olunan biliklər əsasında rəsm əsərlərinin yaradılması texnologiyası, müxtəlif materiallarla işləmə, sərgi konsepsiyalarının yazılması və büdcə tərtibatı öyrəniləcək. Kursun sonunda buraxılış sərgisi baş tutacaq.

Dərslər həftədə 3 dəfə saat 19:00-da təşkil olunacaq.

Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

  • CV (PDF);
  • Veb-sayt və ya İnstagram linki;
  • Portfolio (rəssam ixtisası üçün müraciət edirsinizsə);
  • Yazılı materiallar, məqalələr (kurator ixtisası üçün müraciət edirsinizsə);
  • Təşkil olunmuş layihələrin təqdimatı (art-menecer ixtisasına müraciət edirsinizsə);
  • 200-300 sözlük motivasiya məktubu.

Son müraciət tarixi 30 noyabrdır. Ərizələri “YARAT Art School” başlığı ilə [email protected] elektron ünvanına göndərmək lazımdır.