2024-cü ildə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün dövlət büdcəsindən 10,3 milyon manat pul ayrılacaq. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 31-də İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qaradağ rayonunda yerləşən dövlət mülkiyyətinə aid 23,74 hektar torpaq sahəsi Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.