Bakıda tanınmış iş adamına hökm oxunub. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

“MİR” avtosalonunun sahibi, 49 yaşlı Məhərrəm Əhədov “Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə təqsirli bilinib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Əhədov onlardan umümilikdə 1,2 milyon (340.000, 351.884, 68.000, 170.000, 272.000) manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu Mirvəfayıl Əhədzadə Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.