Xətai rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Süleyman Əhmədov küçəsində baş verib. “Volkswagen” markalı minik avtomobilinin sürücüsü maşını öncə park olunmuş “Kia”ya, daha sonra isə yaşayış evinin darvazasına çarpıb. “Kia” isə zərbənin təsirindən “Toyota Pirus”a çarpılıb.
Faktla bağlı araşdırmalar davam edir.