Paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsinin bir hissəsi işıqlandırılmır. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Metronun “Nizami” stansiyasının arxası, Hacı Sultan Əli məscidinin yerləşdiyi ərazidə işıq dirəkləri yoxdur. Bu, həm avtomobillər, həm piyadalar üçün günün qaranlıq saatlarında təhlükə yaradır.
Sakinlər küçəni işıqlandırmaq məqsədilə naqilin üzərinə lampa yerləşdiriblər. Lakin onlar lampanın qoşulduğu naqili heç bir elektrik xəttinə və işıq dirəyinə qoşmayıblar. Bu səbəbdən problem aradan qaldırılmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan cavab əldə etmək mümkün olmayıb.