ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarına xüsusi təyinatlı avtomobillər verib.
Amerikalı nümayəndələr Mülki müdafiə qoşunlarına iki ədəd “Ford F-250” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi, dekontaminasiya (sterilizasiya) avadanlıqları və həmin avadanlıqları daşımaq üçün nəzərdə tutulmuş qoşqular verib.
Təhvil verilən avadanlıq “Kütləvi qırğın silahlarının yayılmaması” üzrə Təhlükəsizliyə dair Əməkdaşlıq Proqramı çərçivəsində təqdim edilib.
