Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən çinlinin məhkəməsi başlayır. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil. Təqsirləndirilən şəxs Çin vətəndaşı Yuan Tianqanqdır.
Hadisə cari ilin iyul ayında paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. 40 yaşlı Yuan Tianqanq dəmir parçası ilə 48 yaşlı Pan Yuan Lianqı öldürüb.