Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sərxoş vəziyyətdə olan 64 yaşlı Yuriy Deskov yüksək sürətli avtomobil yolunun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu “Hyundai” markalı nəqliyyat vasitəsi vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının topuq sümüyün siniğı diaqnozu qoyulub.
Verilən məlumata görə, Deskovun vəziyyəti orta ağırdır. O, reanimasiya şöbəsinə yerləşdirilib.