Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xəyal Behbudov saxlanılıb.
Behbudovun İmişli rayon sakini olduğu, həmçinin əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olduğu məlum olub.
Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində 4 evdən ümumilikdə 5600 manat dəyərində məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.