Nizami rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Rayon ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında “Audi Q7” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Nəticədə maşın tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.