Sabunçu rayonunda 2 yaşayış evində hərbi sursat aşkarlanıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Musayevin yaşadığı evdən 1 ədəd “Churchill Vinçester” markalı silah və 14 ədəd patron tapılıb. Bilgəh qəsəbə sakini T.İmanovun yaşadığı evə baxış zamanı isə qanunsuz saxladığı ov tüfəngi və kustar üsulla hazırlanmış 35 ədəd qırma patron aşkar olunub.

Hər 2 faktla bağlı araşdırmalara başlanılıb.