Bakının Yasamal rayonunda narkotik aludəçisi yas çadırının oturacaqlarını oğurlayıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.

34 yaşlı paytaxt sakini yas mərasimləri üçün qurulan çadırdan 7 ədəd oturacaq oğurlayaraq satıb.

Məhkəmə iclasında təqrisrli bilinən şəxs narkotik vasitədən istifadə etdiyini və hazırda işləmədiyini qeyd edib. Onun sözlərinə görə, maddi imkanı olmadığı üçün dərman almaq məqsədilə oğurluq edib.

Hakimin qərarı ilə o, əməli törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.