On gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 43 yaşlı qadın Bakı xəstəxanalarının birində dünyasını dəyişib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Qadın xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib və həkimlərin bütün səylərinə baxmayaraq, həyatının itirib.

Bildirilir ki, bıçaqlanma dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan şəxsin ailəsində baş verib. Vəzifəi şəxsin oğlu anasını bıçaqlayıb. Hazırda yeniyetmə istintaqa cəlb olunub, araşdırma aparılır.