Bakının Xətai rayonu, Babək prospektində yol qəzası nəticəsində bir-neçə avtomobilə ziyan dəyib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

“Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək avtosalonun ərazisində olan avtomobillərə çarpılıb.

Toqquşma nəticəsində yol təsərrüfatına və 3 yeni “Fiat” markalı avtomobilə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hadisə araşdırılır.