Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə ölkənin müxtəlif tibb müəssisələrinə yeni təyinatlar edilib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Baş Səhiyyə Mərkəzi direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə Güllü İbadova təyin edilib.
Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.