Bakıda qanunsuz ət kəsiminə qarşı reydlər davam edir. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı paytaxtın 2 rayonunda yerləşən 4 məntəqədə nöqsanlar aşkar edilib. Həmin obyektlərin yerləşdiyi ərazilər aşağıdakı kimidir:
- Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi;
- Suraxanı rayonu, 14 İyul küçəsi;
- Nizami rayonu, Ə.Kürçaylı küçəsi;
- Nizami rayonu, R.Teymurov küçəsi, 63.
Aşkar olunan faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar, onlarla profilaktik söhbətlər aparılıb. Yoxlamaların bundan sonra da davam edəcəyi gözlənilir.