Bakıdan Ağstafaya gecə reysləri təyin olunub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Bayram günlərində sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərində əlavə gecə qatarları yola düşəcək. Belə ki, 7-11 noyabr tarixlərində hər gün qatar Bakıdan saat 23:55-də yola düşəcək və Ağstafaya 06:23-də çatacaq.

8-12 noyabr tarixlərində isə qatar saat 09:00-da yola düşəcək və Bakıya saat 15:29-da çatacaq.