Bakıdan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əks-istiqamətdə avtobus marşrutlarının sayı 4-ə çatdırılıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Azərbaycan Quru Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Marşrut avtobusu İran ərazisi ilə hərəkət edir. Bakı-Naxçıvan-Bakı müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət cədvəlinə saat 19:00-a daha bir reys əlavə edilib.
Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.
Hazırda sərnişinlər saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə biletləri biletim.az saytından əldə edə bilərlər. “Biletim” mobil tətbiqini isə App Store və Google Play-dən yükləmək olar.
İran ərazisindən keçən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.